24 dəfə “Böyük Dəbilqə” qalibi olmuş serbiyalı tennisçi Novak Cokoviç “Uimbldon-2025” turnirində 100-cü qələbəsini qazanan üçüncü oyunçu olub.
90deqiqe.Az xəbər verir ki, Uimbldonun üçüncü turunda Cokoviç həmvətənlisi Miomir Keçmanoviçi (ATP reytinqində 49-cu) 6:3, 6:0, 6:4 hesabı ilə məğlub edib. Növbəti mərhələdə serbiyalı dünya reytinqində 11-ci yerdə qərarlaşan avstraliyalı Alex de Minorla qarşılaşacaq. De Minor əvvəlki mərhələdə danimarkalı August Holmgren üzərində qələbə qazanıb.
bu göstəriciyə əvvəllər yalnız isveçrəli Roger Federer və amerikalı Martina Navratilova sahib idi.
Kişilərin fərdi yarışında cari Uimbldon çempionu ispaniyalı Karlos Alkarazdır.