24 qat Böyük Dəbilqə çempionu, dünya 6 nömrəli serb tennisçi Novak Cokoviç Uimbldon 2025-in 1/4 finalına yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, dördüncü tur matçında 38 yaşlı Cokoviç (6) dünya 11 nömrəli avstraliyalı Aleks de Minauru (11) 1:6, 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edib.
Cokoviç - de Minaur matçı 3 saat 20 dəqiqə davam edib.
Uimbldon 2025-in yarımfinalına vəsiqə uğrunda Cokoviç dünyanın 24-cü raketkəsi, 23 yaşlı italiyalı Flavio Kobolli (22) ilə qarşılaşacaq.