EN

Qavi "Karvan"la 1 illik müqavilə imzalayıb

Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında yarışacaq "Karvan" yeni transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, Yevlax klubu Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.

Nigeriyalı yarımmüdafiəçi son olaraq ölkəsinin “Sportinq Laqos” klubunun formasını geyinib. 25 yaşlı futbolçu nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

İdman.biz

Chosen
50
13
idman.biz

10Sources