EN

Britaniya Trampın "silah planı"na qoşula bilər

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ukrayna üçün Amerika silahlarının alınması proqramına qoşulmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "bloomberg" mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Britaniyanın müdafiə naziri Con Healey və Almaniyanın müdafiə naziri Boris Pistorius bazar ertəsi Ukrayna Müdafiəsi üzrə Təmas Qrupunun onlayn formatda keçiriləcək iclasında bu məsələni müzakirə edəcəklər.

Londonun hazırda iki əsas ssenarini qiymətləndirdiyi bildirilir: ya Almaniya ilə birgə “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması, ya da Ukraynaya silah və sursatların fərdi qaydada çatdırılması. Agentliyin mənbələri qeyd edir ki, hər iki variant hələlik danışıqlar mərhələsindədir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ istehsalı silahların Ukraynaya ötürülməsi məqsədilə avropalı müttəfiqlərə satışı barədə razılaşmadan bəhs etmişdi. Bu razılaşmanın koordinasiyası NATO və ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Metyu Uitakerə həvalə olunub.
Chosen
67
13
sherg.az

10Sources