AZ

Zelenski 16 ölkəyə yeni səfir təyin etdi

BAKI, 21 iyul. TELEQRAF

Vlodimir Zelenski 16 ölkəyə yeni səfir təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında məlumat paylaşıb.

"Hərbçilərin və Ukrayna daxili işlər nazirinin hesabatlarından sonra səhər mən Ukraynanın Xarici İşlər Naziri və ofis komandası ilə görüş keçirdim. Biz Ukraynanın səfiri təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi başa vurmuşuq. Mən 16 səfir təyin etmişəm", - prezident yazıb.

Səfirlərin adları və hansı ölkələrə təyin olduqları barədə isə məlumat verilməyib.

Seçilən
7
49
teleqraf.com

10Mənbələr