EN

Qəzzada daha 38 fələstinli öldürülüb

BAKI, TurkicWorld

İsrailin Qəzzaya son hücumları nəticəsində 38 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, bu səhər saatlarına qədər İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 38 nəfər həyatını itirib.

Həlak olanlardan 29-u humanitar yardım növbəsində gözləyən mülki şəxslər olub. Hücumlar nəticəsində bir neçə yaşayış məntəqəsi də dağılıb, xəsarət alanlar arasında qadın və uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, İsrailin Qəzzaya qarşı hərbi əməliyyatları son aylarda daha da intensivləşib və beynəlxalq ictimaiyyət bu hücumların humanitar fəlakətə səbəb olduğu barədə xəbərdarlıqlar edir.

Chosen
27
9
turkic.world

10Sources