EN

Xocalı kərpic zavodunun illik istehsal gücü açıqlanıb - FOTOLAR

Xocalı kərpic zavoduna media-tur təşkil olunub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, media-turda jurnalistlərə bildirilib ki, kərpic zavodunun illik istehsal gücü 16,2 milyon ədəddir. Zavodda 60 nəfər daimi işlə təmin edilib. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.

Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır.

Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.

"Cebheinfo.az" 

Chosen
244
11
cebheinfo.az

10Sources