EN

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələnib

Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

"Cebheinfo.az" xəbər verirk ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
48
13
cebheinfo.az

8Sources