Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Xalid əl Səud 36 yaşında vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsinin “Yatmış şahzadə” ləqəbli üzvü 20 ildir komada idi.
Onun ölümünü atası şahzadə Xalid bin Talal bin Əbdüləziz təsdiqləyib.
Qeyd edək ki, 2005-ci ildə, 15 yaşında olan Əlvalid Londonda hərbi akademiyada oxuyarkən avtomobil qəzasına düşüb. Qəza onu komaya salan böyük beyin qanamasına səbəb olub.
“Cebheinfo.az”