EN

“Neftçi” “Dinamo”nun müdafiəçisini gətirdi - SON DƏQİQƏ

“Neftçi” sıralarını daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Düşərgəyə dünən gələn oyunçu sağ cinah müdafiəçisidir.

Ötən mövsüm Buxarest “Rumıniya”sında çıxış etmiş arxa xətt üzvü keyfiyyətli oyunu ilə seçilib.

Adını dəqiqləşdirməkdə çətinlik çəksək də, həmin oyunçunun Fransa vətəndaşlığını daşıyan Maksim Sivis olduğunu ehtimal edirik.

“Ağ-qaralar”ın Polşadakı çalışmalarına qoşulan futbolçu tibbi baxışdan keçəndən sonra müqaviləyə imza atacaq.

Paytaxt təmsilçisi yay fasiləsində Sessi D'Almeyda, Raul Ortis, Elvin Camalov, Murad Xaçayev, İmad Faraj, Freddi Varqas və Cordan Rezabala ilə müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
71
50
sportinfo.az

10Sources