AZ

Kurban Berdıyev komanda üzvlərini bu xəbərlə sevindirdi

“Turan Tovuz” təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.

İyulun 7-də qardaş ölkəyə yola düşən bölgə təmsilçisi hazırlığını Ankaranın Qızılcahamam bölgəsində keçib.

“Bozqurdlar” iyulun 19-da Türkiyənin I Liqa təmsilçisi “Çorum”la yoxlama görüşündə üz-üzə gəlib ki, matç 1:1 hesabı ilə yekunlaşıb.

Baş məşqçi Kurban Berdıyev məşqlərin ağırlığını nəzərə alaraq futbolçulara 4 günlük istirahət imkanı yaradıb və sərbəstlik verib. Bu, komanda üzvləri üçün göydəndüşmə olub.

Yerli futbolçuların bəziləri ailə üzvlərinə baş çəkmək üçün Bakıya qayıdıb, Avropada yaşayan legionerlər Türkiyədən öz şəhərlərinə uçub, digərləri isə dincəlmək üçün qardaş ölkənin gəzib-görməli şəhərlərinə yollanıb.

“Turan Tovuz” hazırlığın ikinci yarısına iyulun 24-də start verəcək. Lakin bu dəfə Ankarada yox, Boluda.

Avqustun 6-na qədər burada məskunlaşacaq qərblilər daha üç sınaq matçı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
30
50
sportinfo.az

10Mənbələr