AZ

Bölgə təmsilçisi Gürcüstandan azərbaycanlı futbolçu gətirdi

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən “Şamaxı”da gənc futbolçular gözə dəyir.

U-21-in baş məşqçisi Ayxan Abbasov milli üzvlərinin anlaşma səviyyəsinin yüksək olması üçün belə bir addım atıb.

Başqa klublara məxsus gənclər bir müddət burada olduqdan sonra doğma komandalarına qayıdacaqlar.

Belələrindən biri də Raul Hacıyevdir.

Əslən Gürcüstandan olan, Kutaisi futbol məktəbini təmsil edən Raul Hacıyev bir neçə gündür “Şamaxı”dadır.

Mərkəz müdafiəçisi olan 2005 təvəllüdlü futbolçu fiziki göstəricilərinə görə fərqlənir.

Baş məşqçi Raulun futbolçu keyfiyyətlərinə tam bələd olandan sonra qərarını verəcək.

Komandasına cəlb etsə, o, həm də U-21 millimizin üzvü hesab olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
9
50
sportinfo.az

10Mənbələr