AZ

Azərbaycan klubu bu satışdan nə qədər pul qazandı? - FOTO

Xəbər verdiyimiz kimi, Rüfət Abdullazadə legioner həyatı yaşayacaq.

Son 2 ili “Səbail”də keçirmiş 24 yaşlı cinah oyunçusu Xorvatiyanın “Varajdin” klubu ilə anlaşıb.

Rüfətin “Səbail”lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədə olduğundan, hansısa kluba keçidi Bayıl təmsilçisinə müəyyən məbləğ qazandırmalıydı.

Səbail” məlum transferdən 40 min dollar, təxminən 70 min manat əldə edib.

Bu vəsait növbəti mövsüm I Liqada çempion olmaq üçün heyəti gücləndirmək iddiasında olan “dənizçilər”ə ciddi mənada kömək edib.

Maraq üçün bildirək ki, “Varajdin” 2024/25 mövsümünü 4-cü pillədə başa vuraraq Konfrans Liqasında mübarizə aparmaq imkanı qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

xorvatiya-klubu-azerbaycan-yigmasinin-uzvunu-aldi

Seçilən
38
50
sportinfo.az

10Mənbələr