EN

İran XİN Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına reaksiya verib

İran Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına münasibət bildirib. 

Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

“İran dəhlizlər və regional əlaqələrlə bağlı mövqeyini çox aydın şəkildə ifadə edib”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, hər hansı bir dəhliz və ya yol ərazi bütövlüyünə və suverenliyə xələl gətirməməlidir: 

“Biz region ölkələri arasında əlaqələrin inkişafını dəstəkləyirik, amma bu keçidlərin beynəlxalq hüquqa zidd olmaması vacibdir. Belə layihələr regionun geosiyasi balansını dəyişməməlidir”, - deyə Bəqai bildirib.

Daşqın HəsənovMissiya.Az

Chosen
42
33
missiya.az

10Sources