ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran hazırkı vəziyyətdə nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı ABŞ ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırmır.
Sfera.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.
O, həftəlik mətbuat konfransında deyib: "Hazırkı vəziyyətdə bizim ABŞ ilə dialoqu davam etdirmək planımız yoxdur. Eyni zamanda, bizim fikrimizcə, diplomatiya milli maraqları qorumaq üçün bir vasitədir və fürsətdir. Nə vaxt bu vasitə İran xalqının hüquqlarını və milli maraqlarını qorumaq üçün istifadə oluna bilsə, biz bunu etməkdən çəkinməyəcəyik".
Firuzə Əliyeva
Sfera.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.