EN

“Prezident Forumda Zəngəzur dəhlizi ilə bağlı önəmli mesajlar verdi”

“Prezident
“III Şuşa Qlobal Media Forumunun keçirilməsinin çox böyük əhəmiyyəti var”. Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda iştirakı və çıxışı ilə bağlı danışarkən bildirib.
Deputat qeyd edib ki, ümumiyyətlə, bu cür forumlar Azərbaycan həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşası istiqamətində aparılan işlərə mühüm töhfə verir. "Forum iştirakçıları burada Azərbaycan həqiqətləri ilə birbaşa tanış olmaq imkanı əldə edirlər. Bu, həm də onu göstərir ki, informasiya müharibəsinin önündə bilavasitə Prezident İlham Əliyev dayanır. Forum eyni zamanda Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısının alınması baxımından da xüsusi əhəmiyyət kəsb edir". Forumda prezidentin çox mühüm mesajlar verdiyini və vacib məqamlara toxunduğunu qeyd edən deputat Zəngəzur dəhlizinin önəm daşıyan məsələlərdən biri olduğunu vurğulayıb: “Bu dəhlizin açılması prioritetdir. Ermənistan bu məsələlərdə ciddi düşünməlidir. Dəhlizin açılması Ermənistanı "dalan dövlət" statusundan çıxaracaq və bölgəmizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, Ermənistan hazırda çevik olmalı və ən qısa vaxtda dəhlizin açılması üçün şərait yaratmalıdır. Bunlar olduqca vacib məsələlərdir”. Qeyd edək ki, iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

Chosen
23
50
1news.az

10Sources