Məlum olduğu kimi, 19 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Ümumiyyətlə III Şuşa Qlobal Media Forumunun başlıca əhəmiyyəti nədən ibarətdir? Azərbaycan Prezidenti Xankəndidən hansı mühüm mesajlar verdi?
Mövzuyla bağlı "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi"nin rəhbəri Samir Hümbətov REFERANS-ın suallarına açıqlama verib: Politoloq ilk olaraq bildirib ki, Şuşada keçirilən lll Qlobal Media Formunun mövzusu xüsusən də süni intellekt məsələlərinin gündəmə gəlməsi, əslində nədən xəbər verir və məqsədi demək olar ki, süni intellektin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsidir. Əslində süni intellektin bir tərəfdən cəmiyyətin xeyrinə yəni müsbət mənada təsir etsə də digər tərəfdən bəzi mənfi fəsadları da yayılmağa başlayır.
Siyasi şərhçi həmçinin onu da deyib ki, xüsusən də dezinformasiyaların sürətli şəkildə yayılmasında da biz süni intellekti görə bilirik. İstər regional müstəvidə istər qlobal müstəvidə istərsə də dövlətlərarası hətta dövlətdaxili münasibətlərdə də belə fəsadlarını görə bilirik. Şuşuda keçirilən Qlobal Forumda Cənab Prezidentin verdiyi açıqlamalar, bildirdiyi fikirlər və suallara verdiyi cavablardan aydın olur ki, lll Qlobal Şuşa Forumunun əsas məqsədi bu gün formalaşan xüsusən də kiçik və orta ölçülü dövlətlərə qarşı yönəlmiş informasiya müharibəsində dayanıqlığı təmin etməkdir.
Müsahibimiz onu da vurğulayıb ki, bu gün böyük media resurslarına malik olan qlobal dövlətlərin əsas məqsəd və hədəfləri orta və kiçik ölçülü ölkələrə təsir göstərməklə onların idarə edilməsini həyata keçirməkdisə, lll Qlobal Şuşa Forumunun keçirilməsinin əsas məqsədi isə bu təsirlərin qarşısını almaqdır.
"Düşünürəm ki, bu formun böyük faydası olacaq və eyni zamanda bu forumun adı lll Qlobal Şuşa Forumu olsa da, bu formun Xankəndində keçirilməsi həm də bir mesaj xarakterlidir. Yəni Azərbaycan dövləti onu göstərmiş olur ki, bizim hədəfimiz ərazilərimizi işğaldan azad etdikdən sonra bunu daha da inkişaf etdirməkdir. Bunu isə açıq şəkildə nümayiş etdiririk və göstəririk. Biz əlimizdə olan potensialla quruculuğa nail oluruq. Yəni Qarabağla bağlı yayılmış dezinformasiyanın əslində qarşısını sözlə deyil, əyani şəkildə düzgün əməli fəaliyyətlə almış oluruq",-deyə Samir Hümbətov əlavə edib.
Ləman Xalıqova