EN

"Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Bakıda baş tutacaq oyuna İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Görüşün baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.

VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

"Cebheinfo.az"

Chosen
30
17
cebheinfo.az

10Sources