"Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, UEFA iyulun 30-da Bakıda təşkil olunacaq görüşü İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
30 iyul
“Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni
Dördüncü hakim: Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)