AZ

“Qarabağ” – “Şelburn” oyununa italiyalı hakimlər təyinat aldı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şelburn” cavab oyununun hakimləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Andrea Kolombo olacaq. Ona laynsmanlar Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.

Oyunda VAR sistemindən də istifadə olunacaq. Baş video-köməkçi hakim Daniele Doveri, onun assistenti – AVAR isə Daniele Paterna olacaq.

“Qarabağ” ilk oyunu İrlandiyada 1:1 hesablı bərabərliklə başa vurub.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Seçilən
19
12
90deqiqe.az

10Mənbələr