Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəİrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyunununhakimləri açıqlanıb.
Trend xəbərverir ki, iyulun 30-da Bakıda təşkil olunacaq görüşü İtaliyadanolan hakimlər briqadasına həvalə edilibb.
30 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublikastadionunda baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Şelburn”(İrlandiya) oyununa təyin olunan hakimlər isə bunlardır:
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni
Dördüncü hakim: Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)