Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Bakıda baş tutacaq oyuna İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıblar. Görüşün baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, VAR hakiminin köməkçisi isə Daniele Paterna olacaq.