“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib. Metbuat.az xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.VAR-da Daniele Doveri, AVAR-da Daniele Paterna olacaq.Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.