Ukraynaya silah alışı ilə bağlı mövcud kəsiri ödəmək üçün 6 milyard ABŞ dolları lazımdır.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal Ukrayna Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun 29-cu iclasında ("Ramştayn" formatında) bildirib.
D.Şmıqal, həmçinin 2026-cı ilə hazırlıq zərurətini vurğulayıb və tərəfdaşları 2026-cı il büdcələrində Ukrayna üçün vəsait ayırmağa çağırıb.
"Ramştayn" iclası Böyük Britaniya və Almaniyanın rəhbərliyi altında bu gün onlayn keçirilir. İclasa Ukraynanın 50-dən çox tərəfdaşı qoşulub. İclasda, xüsusilə NATO-nun baş katibi, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı və ABŞ müdafiə naziri, həmçinin alyansın və tərəfdaşların onlarla ölkəsi iştirak edir.