EN

Xaçmazda Milli Mətbuatın 150 illiyi münasibətilə mətbuat işçiləri ilə görüş keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri MəhəmmədBalaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, bölgədəçalışan mətbuat işçiləri və içtimaiyyət nümayəndələri iştirakediblər.

Yığıncaqda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mətbuatişçilərini təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlararzulayıb. 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatınınböyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcılideyaların carçısı olduğunu bildirib. Qeyd edib ki, Ulu ÖndərHeydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir vəmedianın inkişafı bu siyasətin mühüm hissəsidir.

Digər çıxış edənlər əməkdar jurnalist Azər Həsrət, "Bizim Media"saytının bölgə müxbiri Aytəkin Alxaslı,"Arb Günəş" televiziyasınındirektoru Məhsim Məhsimov və təqaüddə olan mətbuat işçisi ƏləsgərBabayev milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb,Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsindəqazanılan uğurlardan danışıblar. Xaçmaz Rayon İcra Hakimiyyəti ilətərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldarəlaqələrin yüksək səviyyədə qurulduğu vurğulanıb.

Mətbuat işçiləri göstərilən diqqət və qayğıya görə Prezidentiİlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayaminnətdarlıqlarını ifadə ediblər.

Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə hədiyyələrtəqdim olunub.
Bayram tədbiri Milli Mətbuat Gününə həsr olunmuş musiqili proqramladavam edib. Şən mahnı və rəqslər iştirakçılarında xoş ovqatyaradıb.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Chosen
11
30
az.trend.az

10Sources