AZ

“ƏKİNÇİ” (Sabirsayağı)

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Təranə ARİFQIZI

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə

İnci, sədəf tək nur saçırsan dəryadə, “Əkinçi”,

Hey xatırlaram səni, salaram yadə, “Əkinçi”!

Qələmin gücünə bax, məhv elədi qaranlığı,

Cahillərə dərs verdi, yetdi fəryadə “Əkinçi”!

Cəsarət, işıq oldu mətbuatın addımına

Özündən sonra iz, ad qoydu dünyadə “Əkinçi”!

Zərdabinin fəhminə, ağlına əhsən deyirəm,

Ömrünü hürr yaşadı,vermədi badə, “Əkinçi”!

Yüz əlli il öncə tapdı qələmlə sözün yolunu,

Qələm əhli oldu hər əziyyətə amadə, “Əkinçi”!

Nə qədər  internet ola, süni zəka at oynada,

Yenə çatmaz sənin tək yüksək bir adə, “Əkinçi”!

Qələmin məqsədi yazmaq, ağılın qulu olmaq,

Sadiqəm Həsən bəy Zərdabi tək ustadə, “Əkinçi”!

Ey qələm əhli, çalış, yazdığın hədəfə dəysin,

Xalqını xoşbəxt eləsin, qalmasın havadə, “Əkinçi”!

Təranə təbrik edir sözə ömür verənləri,

Yazıram sənin kimi həqiqəti sadə, “Əkinçi”!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
28
525.az

10Mənbələr