EN

Mahir Emreli: "Biz, görəsən, cəhənnəmə gedirik?"

Azərbaycan millisinin və "Kayzerslautern"un hücumçusu Mahir Emreli yeni komandasında keçirdiyi ilk həftələr və qarşıdan gələn mövsüm haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Almaniyanın "SWR Sport" nəşrinə müsahibəsində deyib:

"Bu klubun bir parçası olduğum üçün çox xoşbəxt və həyəcanlıyam. Mövsümün başlanmasını səbirsizliklə gözləyirəm, xüsusən də bu möhtəşəm stadionda oynamaq üçün.

Hələ "Nürnberq"də olanda "Kayzerslautern"ə qarşı oynayarkən, buradakı azarkeşlərə və stadiondakı atmosferə vuruldum.

Rəqib kimi çıxış etsəm də, burada oynamaq inanılmaz dərəcədə xoş idi. Stadiona gələrkən hər yer qırmızı idi və "şeytan" loqoları ilə örtülmüşdü.

Komanda yoldaşlarımla zarafat edirdim: "Biz, görəsən, cəhənnəmə gedirik?"

Chosen
33
33
sportinfo.az

10Sources