EN

Növbəti “Tullantıları tingə dəyiş” aksiyası keçiriləcək

Növbəti

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 16-da növbəti “Tullantıları tingə dəyiş” aksiyası keçiriləcək.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında yerləşən “Araz” supermarketin qarşısında saat 15:00-da baş tutacaq.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Təşkilatçılar hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Chosen
207
5
azertag.az

8Sources