EN

“Zirə” 10 nəfərlə qaldı, gözəl qol vurdu, şans ondan yan qaçdı - VİDEO

Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Hesabı "Hayduk" açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.

Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.

"Hayduk"un heyətində 93-cü dəqiqədə Yassin Benrahu komandasının qələbə qolunu vurub.

Bakıdakı 8-ci kilometr stadionunda keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Chosen
135
11
sportinfo.az

10Sources