ABŞ Müdafiə Nazirliyi ölkənin böyük silah istehsalçısı olan “RTX Corporation”ın törəmə bölməsi “Raytheon” şirkəti ilə Ukrayna və bir sıra digər ölkələrə hava-hava sinfinə aid AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) aviasiya raketlərinin verilməsi haqqında müqavilə bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Raytheon Technologies Corp.”un bölməsi olan “Raytheon” şirkəti 3,5 milyard dollardan çox olmayan məbləğdə qeyri-müəyyən müddətli müqavilə bağlayıb", - məlumatda qeyd olunub.
Pentaqon AMRAAM raketlərinin, AMRAAM telemetrik sisteminin istehsalının, həmçinin istehsala texniki dəstək üzrə digər tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Texnikanın istehsalının 2031-ci ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Tədarüklər Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə həyata keçiriləcək.