EN

Rusiyanın neft və təbii qaz gəlirləri kəskin azaldı

Rusiyanın neft və təbii qaz gəlirləri ötən ilin cari ayı ilə müqayisədə 27 faiz azalıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyibəyanat yayıb.

Açıqlamaya görə, gəlirlər ötən ilin cari ayı ilə müqayisədə 787,3 milyard rubla (təxminən 9,8 milyard dollar) düşüb.Yanvar-iyul aylarında isə neft və təbii qaz gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq 5,52 trilyon rubla çatıb.

Rusiyanın energetika naziri Sergey Tsivilev də iyulun 16-da ölkəsinin neft hasilatının ilin ilk 5 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 211 milyon tona, təbii qaz hasilatının isə 3 faiz azalaraq 290 milyard kubmetrə düşdüyünü açıqlamışdı.

Chosen
13
6
publika.az

9Sources