AZ

Rusiyanın neft və təbii qaz gəlirləri 27 faiz azalıb

Rusiya neft və təbii qaz gəlirlərinin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 787,3 milyard rubla (təxminən 9,8 milyard ABŞ dolları) düşdüyü bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-iyul aylarında neft və qaz gəlirlərinin, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq 5,52 trilyon rubla enib

Məlumatda həmçinin bildirilir ki, iyul ayında neft və qaz sektorundan planlaşdırılandan daha çox gəlir itkisi baş verib.

Rusiya Energetika Naziri Sergey Tsivilyev isə 16 iyulda verdiyi açıqlamada, ölkənin neft hasilatının ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 211 milyon ton, təbii qaz hasilatının isə 3 faiz azalaraq 290 milyard kubmetrə düşdüyünü bildirmişdi.

Seçilən
10
1
operativmm.az

9Mənbələr