AZ

Rusiyanın neft-qaz gəlirləri 27 faiz azalıb

Rusiyanın neft və təbii qaz gəlirləri iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 27 faiz azalaraq 787,3 milyard rubl (təxminən 9,8 milyard dollar) səviyyəsinə düşüb.

Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.m

Nazirliyin açıqlamasında yanvar-iyul dövründə neft və təbii qaz gəlirlərinin 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalma ilə 5,52 trilyon rubla endiyi qeyd olunub.

İyul ayında planlaşdırılandan daha çox gəlir itkisi yaşandığı vurğulanıb.

Rusiyanın enerji naziri Sergey Sivilev iyulun 16-da verdiyi açıqlamada bildirib ki, ölkənin neft istehsalı ilin ilk 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 211 milyon tona, təbii qaz istehsalı isə 3 faiz azalma ilə 290 milyard kubmetrə geriləyib.

Seçilən
6
1
tribunainfo.az

9Mənbələr