EN

Sülh sazişini alqışlayırıq Monteneqro XİN

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı Birgə Bəyannaməni alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkə hesabında bildirilib.

“Monteneqro Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişini alqışlayır və xüsusi vasitəçilik roluna görə ABŞ-a təşəkkürünü bildirir. Biz Cənubi Qafqazda davamlı sülh və sabitliyə doğru atılan bu mühüm addımı yüksək qiymətləndiririk”, - deyə paylaşımda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
50
axar.az

10Sources