EN

PSJ Donnarummanı heyətdən çıxardı – Nə baş verir?

PSJ Canluici Donnarummanı UEFA Superkuboku matçı üçün komandanın siyahısından çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib. Parislilər çərşənbə günü, avqustun 13-də İngiltərə “Tottenhem”i ilə kubok uğrunda oynayacaqlar.

Xatırladaq ki, Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Mənbənin sözlərinə görə, futbolçu ilə klub arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq yoxdur. Donnarummanın bu yay və ya bir ildən sonra azad agent kimi klubu mütləq tərk edəcəyi bildirilir.

Chosen
50
17
publika.az

10Sources