Sportinfo.az xəbər verir ki, "Liverpul" Covanni Leoni ilə razılığa gəlib.
İnsayder Nikolo Skiranın məlumatına görə, ingilis klubu “Parma”nın müdafiəçisi ilə 2031-ci ilə qədər müqavilə barədə prinsipial razılıq əldə edib.
“Qırmızılar” 18 yaşlı futbolçu üçün italiyanlara 35 milyon avro təklif edəcək. Mümkündür ki, ingilislər Leonini bir mövsümlüyə icarə əsasında “Parma”da saxlasınlar.
A Seriyasının ötən mövsümündə Leoni 17 oyun keçirib.