AZ

Yarımmüdafiəçini 25 milyon avroya satmağa razılaşdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makati karyerasını “Nottingem Forest”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferi artıq razılaşdırılıb və təsdiqlənib.

“Mançester Siti” yetirməsinin satışından 25 milyon avro qazanacaq. Makatinin yeni klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

İngiltərəli futbolçu “şəhərlilər”in heyətində 34 matçda meydana çıxaraq, 7 qol vurub.

Seçilən
34
7
sportinfo.az

10Mənbələr