EN

Tanınmış tiktoker BMV ilə qəzaya düşdü

Bakı şəhəri, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də Südçülük sovxozu adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində BMV markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Qəzaya səbəb yüksək sürətlə hərəkət edən BMV markalı avtomobilin qarşısına başqa nəqliyyat vasitəsinin çıxması olub. Avtomobilin işıq dirəyinə çırpılması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.

İşıq dirəyinə çırpılan nəqliyyat vasitəsini idarə edən şəxs Tiktok fenomeni “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadovdur.

Chosen
31
7
konkret.az

8Sources