Bakı şəhəri, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə avqustun 12-də Südçülük savxozu adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində BMW markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Qəzaya səbəbin yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin qarşısına başqa nəqliyyat vasitəsinin çıxması olub. Avtomobilin işıq dirəyinə çırpılması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.
İşıq dirəyinə çırpılan nəqliyyat vasitəsini idarə edən şəxs "Tiktok" fenomeni "Po jizni Cesi" ləqəbi ilə tanınan Cəsarət Cavadov olub. (Oxu.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta