Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı şəhəri, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də Südçülük sovxozu adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində BMW markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Qəzaya səbəbin yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin qarşısına başqa nəqliyyat vasitəsinin çıxması olub. Avtomobilin işıq dirəyinə çırpılması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.
İşıq dirəyinə çırpılan nəqliyyat vasitəsini idarə edən şəxs "Tiktok" fenomeni "Po jizni Cesi" ləqəbi ilə tanınan Cəsarət Cavadov olub.
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.