Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı şəhəri, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 12-də Südçülük sovxozu adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində BMV markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Qəzaya səbəbin yüksək sürətlə hərəkət edən BMV markalı avtomobilin qarşısına başqa nəqliyyat vasitəsinin çıxması olub. Avtomobilin işıq dirəyinə çırpılması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.
İşıq dirəyinə çırpılan nəqliyyat vasitəsini idarə edən şəxs "Tiktok" fenomeni "Po jizni Cesi" ləqəbi ilə tanınan Cəsarət Cavadov olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.