EN

“İmişli”nin baş məşqçisi: Əsas məqsədimiz aşağı liqa zonasından uzaq qalmaqdır

BAKI, 13 avqust. TELEQRAF

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

Teleqraf xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya evdə “Turan Tovuz”la qarşılaşacaqları Azərbaycan Premyer Liqasının I tur oyunu barədə klubun saytına açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis komandasınının əsas məqsədini açıqlayıb: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”

Chosen
28
4
teleqraf.com

8Sources