BAKI, 13 avqust. TELEQRAF
“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.
Teleqraf xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya evdə “Turan Tovuz”la qarşılaşacaqları Azərbaycan Premyer Liqasının I tur oyunu barədə klubun saytına açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis komandasınının əsas məqsədini açıqlayıb: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”