EN

Gələn həftə Rusiyada Zəngəzur dəhlizi ilə bağlı müzakirələr olacaq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcək. 

525.az TASS agentliyinə istinadən xəbər verir ki, görüş Rusiyada keçiriləcək.

“Gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm planlaşdırılıb. Orada Cənubi Qafqazda nəqliyyat yollarının (Zəngəzur dəhlizi) açılması ilə bağlı məsələləri müzakirə edəcəyik” - deyə Overçuk bildirib.

O əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrup fəaliyyət göstərir. Bu qrup Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin icrası üzərində çalışır və nəqliyyat yollarının açılması ilə bağlı bütün detalları ətraflı şəkildə müzakirə edib.

“Bizim üçün təbii ki, maraqlıdır: tərəflər həmin üçtərəfli işçi qrup çərçivəsində müzakirə olunan məsələlərin həllində hansı irəliləyişlərə nail olublar. Çünki bəzi məqamlar Rusiya Federasiyasının Cənubi Qafqazdakı maraqlarına, xüsusən də dəmir yolu əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Bu səbəbdən, tərəflərin bu məsələlər üzrə konkret həll yolları tapıb-tapmadığını öyrənmək bizim üçün vacibdir”, - deyə Overçuk vurğulayıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
17
525.az

10Sources