EN

Pakistanda leysan yağışlar və daşqınlar nəticəsində 300 dən çox adam ölüb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın şimal-qərbində iki gün ərzində yağan leysan yağışları, daşqınlar və torpaq sürüşmələri nəticəsində 300-dən çox insan həyatını itirib. Ölkə son zamanların ən dəhşətli təbii fəlakətlərindən birinə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, Khyber Pakhtunkhva səlahiyyətliləri şənbə gününə qədər 307 ölümün təsdiqləndiyini, lakin çox sayda insan itkin düşdüyündən ölənlərin sayının arta biləcəyini söyləyib.

Fəlakətin ən dəhşətlisi dağlıq əraziləri vurub. İslamabadın şimalındakı Buner rayonunda azı 184 nəfər ölüb.

Xilasedicilərin sözçüsü Bilal Faizi deyib ki, qəfil daşqınlar bir gecədə kəndləri vurub və insanların təxliyəsi üçün vaxt qalmayıb.

Əyalət Baş Katibi Şahab Əli Şah bildirib ki, xilasetmə işlərinə rəhbərlik etmək və dəymiş ziyanı qiymətləndirmək üçün yerli hakimiyyət orqanları daşqından zərər çəkmiş ərazilərə göndərilib. O, zərəçəkənlər üçün tibb düşərgələrinin qurulduğunu və evlərini itirmiş ailələrin ərzaqla təmin olunması üçün səylərin göstərildiyini bildirib.

Cümə günü xilasedici helikopter də qəzaya uğrayıb, beş ekipaj üzvü həlak olub.

Pakistanın baş meteoroloqu Zahir Babar ölkənin ekstremal hava hadisələrinin artması ilə üzləşdiyini bildirib.

O qeyd edib ki, dağlarda leysan yağışları tez-tez sellərə çevrilir və çaylar boyu nəzarətsiz inkişaf və su yollarının çirklənməsi təsirini daha da artırır.

Pakistandakı daşqınlar qonşu Hindistan və Nepalda da çoxlu itki və dağıntılara səbəb olan güclü yağışlarla üst-üstə düşüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
105
42
icma.az

10Sources