Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Pakistanın şimal-qərbində son 24 saat ərzində leysan yağışlar nəticəsində 200-ə yaxın insan həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Rəsmilər bildiriblər ki, ölüm halları Hayber-Paxtunxva əyalətinin dağlıq ərazilərində qəfil yağışlar, daşqınlar, ildırım düşməsi və uçqunlar səbəbindən baş verib.
Xilasedicilərin bildirdiyinə görə, çay və dərələrin daşması nəticəsində Svat rayonunda 2000-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.