Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.
Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.
Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.
10Mənbələr
-
redaktor.azQardaş ölkədə leysan yağışları yüzlərlə can aldı ( 20393199)
-
viral.azQardaş ölkədə leysan yağışları yüzlərlə can aldı ( 20393190)
-
redaktor.azQardaş ölkədə leysan yağışları yüzlərlə can aldı ( 20393187)
-
azpolitika.infoPakistanda leysan yağışları 200 ə yaxın insanın həyatına son qoyub ( 20391006)
-
poliqon.infoPakistanda leysan yağışları 200-ə yaxın insanın həyatına son qoyub ( 20389047)
-
report.azPakistanda leysan yağışları 200-ə yaxın insanın həyatına son qoyub ( 20388678)
-
editor.azHimalay dağlarında fəlakət: Qəfil yağışlar yüzlərlə insanın həyatına son qoydu ( 20387964)
-
manset.azPakistanda leysan faciəsi 40-dan çox can aldı ( 20382195)
-
cebheinfo.azPakistanda sel və daşqınlar can aldı ( 20375682)
-
demokrat.azPakistanda sel və daşqınlar nəticəsində azı 15 nəfər ölüb ( 20370807)