AZ

Pakistanda leysan faciəsi 40-dan çox can aldı 

Pakistanda güclü leysan yağışları nəticəsində daşqınlar baş verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş verən daşqınlarda azı 49 nəfər həlak olub, 17 nəfər isə itkin düşüb.

Rəsmilərin açıqlamasına görə, son günlərdə davam edən güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.

Xüsusilə, dağlıq bölgələrdə 1300-dən çox turist təxliyə edilib.

Səlahiyyətlilər bildirir ki, iyunun 26-dan bu yana ölkə üzrə yağışlarla əlaqədar 360-dan çox insan, əsasən qadın və uşaqlar həyatını itirib.

Son hadisələrdə ölüm hallarının əksəriyyəti ölkənin şimal və şimal-qərb bölgələrində qeydə alınıb.

Seçilən
11
24
manset.az

10Mənbələr