Rusiya prezidentinin şərtlərindən biri bu olub ki, ətraflı sülh razılaşması əldə olunmayınca cəbhə xəttində atəş dayandırılmayacaq. O, Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən tam şəkildə çıxarılmasını tələb edib. Bildirib ki, bunun qarşılığında Xerson və Zaporojye vilayətlərinin cənubunda cəbhə xəttini dondurmağa razıdır.
Putin deyib ki,Rusiya Sum vilayatənin şimalında və Xarkovun şimal-şərqində tutduğu kiçik əraziləri qaytarmağa hazırdır.
O, NATO-nun Ukraynaya qəbulunun qəti şəkildə qadağan olunması şərtindən geriyə çəkilməyib.
Daha bir şərt Rusiyaya qarşı sanksiyaların heç olmasa qismən ləğvidir.
Bundan başqa, Putin Ukraynanın bəzi hissələrində rus dilinə rəsmi statusun verilməsini və Rus pravoslav kilsəsinə sərbəst fəaliyyət imkanının yaradılmasını tələb kimi irəli sürüb.
Tariyel Həsənov
AzVision.az