EN

Ağ Evdə Tramp Zelenski görüşünə hansı Avropa liderləri qatılacaq?

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında bazar ertəsi Vaşinqtonda, Ağ Evdə keçiriləcək görüşdə bir sıra Avropa liderləri də iştirak edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” və “Reuters” məlumat yayıb.

Məlumata əsasən, görüşdə NATO-nun baş katibi Mark Rutte şəxsən iştirak edəcək. Onu Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz müşayiət edəcək.

Rutte və digər əsas Avropa liderlərinin iştirakı Ukraynaya yüksək səviyyəli dəstəyi göstərməklə yanaşı, transatlantik müttəfiqlərin gələcək strategiyanın formalaşdırılmasında fəal rol almaq niyyətini nümayiş etdirir.

Rutte, fon der Leyen, Makron və Merz ABŞ prezidentinin Alyaskadan qayıdan uçuşu zamanı Tramp və Zelenski ilə telefon konfransında da iştirak ediblər. Bu konfransda qarşıdan gələn danışıqların əsas istiqamətləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
43
yeniavaz.com

10Sources